“Çelsi” heyətini “Yuventus”dan Vlahoviçlə gücləndirmək istəyir

9 İyun 2026 21:17
77
“Çelsi” heyətini “Yuventus”dan Vlahoviçlə gücləndirmək istəyir

“Çelsi” “Yuventus”un serbiyalı hücumçusu Duşan Vlahoviçi transfer etməyi planlaşdırır.

İdman.Biz bu barədə “La Gazzetta dello Sport”a istinadən məlumat verir.

Mənbənin məlumatına görə, London klubunun nümayəndələri artıq oyunçunun agenti olan atası Miloş Vlahoviçlə əlaqə saxlayıblar. “Bavariya”, “Barselona” və “Nyukasl Yunayted”in də böyük Vlahoviçlə danışdığı bildirilir. Miloş Vlahoviçin tezliklə Turin klubunun rəhbərliyi ilə müqavilənin uzadılmasını müzakirə edəcəyi gözlənilir.

Duşan Vlahoviç 2022-ci ilin qışında “Yuventus”a keçib. Ötən mövsüm 26 yaşlı serbiyalı bütün yarışlarda 23 oyun keçirib, 10 qol vurub və iki məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 35 milyon avrodur.

İdman.Biz