Kiyev “Dinamo”su UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”la keçirəcəyi cavab oyunu üçün Bakıya gəlib.
İdman.Biz xəbər verir ki, komanda cavab görüşünə 25 futbolçu ilə gəlib.

“Dinamo”nun baş məşqçisi İqor Kostyuk “Qarabağ”la matç üçün aşağıdakı oyunçulara güvənəcək:
Qapıçılar: Manko, Olxovıy, Surkis
Müdafiəçilər: Bilovar, Dubinçak, Kendzera, Maliş, Mixavko, Siç, Tımçik, Tiare
Yarımmüdafiəçilər: Brajko, Buyalski, Kabaev, Lonveyk, Lyusin, Mixaylenko, Oqundana, Reduşko, Rubinçiski, Şaparenko, Yarmolenko
Hücumçular: Gerrero, Munqenqe, Ponomarenko.
Qeyd edək ki, komandalar arasında Polşanın Lublin şəhərində keçirilən ilk görüşdə “Dinamo” 1:0 hesabı ilə qalib gəlib.
“Qarabağ” - “Dinamo” cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.
