“Sabahın Ulduzları” Bakı Kubokunda U-14 yaş qrupu üzrə üçüncü tura start verilib.
İdman.Biz xəbər verir ki, turun ilk günündə üç qarşılaşma keçirilib.
“Sumqayıt” və “Qarabağ” futbol komandalarının görüşü məhsuldar alınıb. 11 qolun vurulduğu qarşılaşmada “Qarabağ” 7:4 hesabı ilə qalib gəlib.
“Sumqayıt”ın heyətində Mehrac Əhmədli 19, 50 və 70-ci dəqiqələrdə fərqlənərək het-trik edib. Ramal Dünyamalı isə 69-cu dəqiqədə komandasının digər qolunu vurub. “Qarabağ”ın heyətində Ceymis Eziaşi dörd dəfə - 64, 71, 73 və 80+1-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. Abdulsalam Rəhimov 12-ci dəqiqədə penaltidən, Elgün Həbibov 67-ci, İkram Əmirli isə 78-ci dəqiqədə fərqlənib.
Digər oyunda “Azərbaycan Qartalları” “Qəbələ”ni 3:1 hesabı ilə məğlub edib. Murad Mustafayev 68-ci dəqiqədə hesabı açıb. İsmayıl Bayramzadə 79 və 80+4-cü dəqiqələrdə iki qol vurub. “Qəbələ”nin yeganə qolunun müəllifi 50-ci dəqiqədə Hüseyn Kərimli olub.
Günün ən böyükhesablı nəticəsi “Vətən” - “Ulduz” qarşılaşmasında qeydə alınıb. “Ulduz” rəqibini 8:0 hesabı ilə darmadağın edib. Ənvər Ağayev dubla imza atıb. Səid Statema, Tunar Əliyev, Fərahim Kazımlı, Hünər Səmədli, Mehdi Əliyev və Raul Həsənov hərəyə bir dəfə fərqləniblər.
Üçüncü turun digər üç oyunu bu gün keçiriləcək. “Neftçi” “Dostluq”la, “Xan” “Sabah”la, “Zirə” isə EFA ilə qarşılaşacaq.
U-14, üçüncü tur
11 avqust
“Sumqayıt” - “Qarabağ” - 4:7
“Azərbaycan Qartalları” - “Qəbələ” - 3:1
“Vətən” - “Ulduz” - 0:8
12 avqust
“Neftçi” - “Dostluq”
“Xan” - “Sabah”
“Zirə” - EFA
