“Tottenhem Hotspur”un mətbuat ofisi “Liverpul”un keçmiş müdafiəçisi Endryu Robertsonun pulsuz transferlə kluba keçdiyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, 32 yaşlı şotlandla müqavilənin şərtləri açıqlanmayıb.
2017-ci ildə “Hall Siti”dən “Liverpul”a keçən Robertson “qırmızılar”la iki Premyer Liqa titulunu, bir Çempionlar Liqasını, bir İngiltərə Kubokunu və iki Liqa Kubokunu, eləcə də FİFA Klublararası Dünya Kubokunu, bir UEFA Superkubokunu və İngiltərə Superkubokunu qazanıb.
“Tottenhem” ötən mövsümü İngiltərə Premyer Liqasında 17-ci yerdə başa vurub.
