Jerar Pike böyük futbola geri dönür.
İdman.biz xəbər verir ki, “Barselona”nın keçmiş futbolçusu bu barədə “X” platformasında yazıb.
Pike açıqlamasında özünü məşqçi kimi sınamaq qərarına gəldiyini bildirib: “Yeni il gəldi, mən futbola geri dönmək qərarı verdim. Onun üçün çox darıxmışam. Amma bu dəfə futbolçu kimi deyil. Məşqçi olacam. Bu barədə həftənin sonunda ətraflı açıqlama verəcəm”.
Pike futbolçu kimi İspaniya yığmasının heyətində dünya və Avropa çempionatının qalibi olub. O, "Barselona" ilə 4 dəfə Çempionlar Liqası, 9 dəfə İspaniya La Liqası, 7 dəfə İspaniya kuboku, 3 dəfə UEFA Superkuboku, 6 dəfə isə İspaniya Superkuboku titullarını qazanıb.
Qeyd edək ki, Pike İspaniya Sequnda divizonunda mübarizə aparan “Andorra” klubunun sahibidir.
İdman.biz
