Karvaxal mövsümün sonunda “Real Madrid”dən ayrılacaq

2 May 2026 22:37
130
Karvaxal mövsümün sonunda “Real Madrid”dən ayrılacaq

Dani Karvaxal mövsümün sonunda “Real Madrid”dən ayrılacaq.

İdman.Biz bu barıədə Marca-ya istinadən məlumat verir.

34 yaşlı müdafiəçinin müqaviləsi iyun ayında başa çatır və klub artıq müqaviləni yeniləməmək qərarına gəlib.

Karvaxal 2013-cü ildən “Real Madrid”də oynayır və klubla birlikdə dörd La Liqa titulunu və altı Çempionlar Liqası kubokunu qazanıb.

İdman.Biz