Dayer də “Bavariya” yolunda

Xəbərlər
5 Yanvar 2024 19:47
114
Dayer də “Bavariya” yolunda

“Bavariya” daha bir ingilis futbolçunu heyətinə cəlb edəcək.

İdman.biz xəbər verir ki, Harri Keyndən sonra Erik Dayer də Münhen klubuna keçəcək.

“Pivəçilər” “Tottenhem”lə ortaq məxrəcə gəliblər. “Bavariya” Dayer transferi ilə yanaşı, onun icarəyə götürülməsini də təklif edilib. Komanda onun məvacibini tam ödəməyə hazırdır.

Qeyd edək ki, Dayer “Totttenhem” əsas heyətinə düşməkdə çətinlik çəkir. O, 2023/2024 mövsümündə cəmi 4 oyunda komandanın heyətində meydanda heyətə çıxıb. Erikin London klubu ilə müqaviləsi yayda başa çatacaq.

İdman.biz