Beynəlxalq oyunların bombardirləri açıqlanıb

Xəbərlər
3 Yanvar 2024 09:10
406
Beynəlxalq oyunların bombardirləri açıqlanıb

2023-cü ildə beynəlxalq oyunlarda ən çox qol vuran futbolçular müəyyənləşib.

İdman.biz xəbər verir ki, İFFHS-in cədvəlində milli komanda və beynəlxalq klub turnirlərində ən çox fərqlənən oyunçular yer alıblar.

Bombardirlər siyahısına Belçika millisinin futbolçusu Romelu Lukaku başçılıq edir. İl ərzində "İnter"lə "Roma"da oynamış forvard 22 qol vurub. O, 15 dəfə yığmada, 7 dəfə avrokubokda fərqlənib.

1. Romelu Lukaku (Belçika, "İnter", "Roma") - 22 qol (millidə 15+ klubda 7)
2. Erlinq Haland (Norveç, "Mançester Siti") – 18 (6+12)
3. Mehdi Taremi (İran, "Porto") – 14 (12+2)
4-5. Kilian Mbappe (Fransa, PSJ) – 13 (10+3)
Kriştiao Ronaldo (Portuqaliya, "Əl-Nəsr") – 13 (10+3)
6. Harri Keyn (İngiltərə, "Tottenhem", "Bavariya") – 13 (9+4)
7. Zeki Amduni (İsveçrə, "Bazel", "Bernli") – 13 (6+7)
8. German Kano (Argentina, "Fluminense") – 13 (0+13)
9. Şabaib Al-Xaldi (Küveyt, "Kazma", "Hatta") – 12 (12+0)
10. Rasmus Hoylund (Danimarka, "Atalanta", "Mançester Yunayted") – 12 (7+5)

İdman.biz

Məqalədə: