Rabyo mövsümün sonunu gözləyir

Xəbərlər
31 Dekabr 2023 22:27
176
Rabyo mövsümün sonunu gözləyir

Adrian Rabyo “Yuventus”dakı gələcəyi ilə bağlı danışıb.

İdman.biz xəbər verir ki, o, mövsümün sonunda bitəcək müqaviləsi ilə bağlı danışıqlar aparmadığını deyib.

Fransalı yarımmüdafiəçi klubda hər şeyin qaydasında olduğunu və bu barədə gələcəkdə düşünəcəyini bildirib: “Bu barədə düşündükdən sonra klubla danışmalıyam. Burada özümü rahat hiss etdiyimi demişəm, müzakirələri sonra aparmaq istəyirəm. İndi mövsümün sonuna kimi oyunumuzdan həzz almağı düşünürəm”.

Qeyd edək ki, Rabyo “Yuventus”da 2019-cu ildən çıxış edir. Fransalı futbolçu mövsümdə 14 oyunda 2 qol və 3 ötürmə ilə yadda qalıb.

İdman.biz