Robert Levandovski Çempionlar Liqasında 109 qol vurub

19 Mart 2026 00:07
116
Robert Levandovski Çempionlar Liqasında 109 qol vurub

“Barselona”nın oyunçusu Robert Levandovski UEFA Çempionlar Liqasının 1/8 finalının cavab matçında “Nyukasl”a iki qol vurub.

İdman.Biz bildirir ki, oyun 7:2 hesabı ilə Kataloniya klubunun xeyrinə başa çatıb.

“Barselona”nın hücumçusu oyunun 56-cı və 61-ci dəqiqələrində fərqlənib.

Polyakın hazırda yarışda 109 qolu var. O, Çempionlar Liqasının bütün zamanların bombardirləri siyahısında yalnız Lionel Messi (129) və Kriştianu Ronaldudan (seçmə mərhələ oyunları xaric 140 və seçmə mərhələlər daxil olmaqla 141) geridə qalaraq üçüncü yerdədir.

İdman.Biz