“Borussiya Dortmund” Almaniya millisinin yarımmüdafiəçisi Feliks Nmeça ilə müqaviləni uzadıb.
İdman.Biz bildirir ki, Almaniya komandasının rəsmi saytının məlumatına görə, 25 yaşlı futbolçunun yeni müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir.
Daha əvvəl İngiltərə Premyer Liqası klubları Nmeça ilə əlaqələndirilirdi. “Çelsi” və “Mançester Yunayted”in də oyunçu ilə maraqlandığı bildirilirdi.
Feliks Nmeça 2023-cü ilin iyul ayından bəri “Borussiya Dortmund”da oynayır. O, əvvəllər “Volfsburq” və “Mançester Siti”nin gənclər komandalarında oynayıb və orada gənclər sıralarından keçib. Bu mövsüm o, 38 oyunda beş qol vurub və üç məhsuldar ötürmə edib.

