Dünyanın ən bahalı müdafiəçiləri - ADLAR

Xəbərlər
28 Dekabr 2023 16:36
161
Dünyanın ən bahalı müdafiəçiləri - ADLAR

“Transfermarkt” dünyanın ən bahalı müdafiəçilərinin adlarını açıqlayıb.

İdman.biz xəbər verir ki, ilk 2 sırada “Mançester Siti”nin futbolçuları yer alıblar.

Birinci yerdə xorvatiyalı Yoşko Qvardiol, ikinci pillədə portuqaliyalı Ruben Diaş qərarlaşıb.

İlk “üçlüy”ü “Arsenal”ın fransalısı Uilyam Saliba qapadır.

Dünyanın ən bahalı 10 müdafiəçisi:

1. Yoşko Qvardiol (“Mançester Siti”, 80 milyon avro)
2. Ruben Diaş (“Mançester Siti”, 80 milyon avro)
3. Vilyam Saliba (“Arsenal”, 75 milyon avro)
4. Alfonso Deyvis (“Bavariya”, 70 milyon avro)
5. Ronald Arauxo (“Barselona”, 70 milyon avro)
6. Eder Militao (“Real”, 70 milyon avro)
7. Trent Aleksander-Arnold (“Liverpul”, 70 milyon avro)
8. Matteys de Liqt (Bavariya, 65 milyon avro)
9. Kristian Romero (“Tottenhem”, 65 milyon avro)
10. Əşrəf Hakimi (PSJ, 65 milyon avro)

İdman.biz

Məqalədə: