“Liverpul” bu mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməsə, 120 milyon funt sterlinq itirə bilər.
İdman.Biz bu barədə BBC-yə istinadən məlumat verir.
Mənbəyə görə, Avropa Kubokuna vəsiqə qazana bilməmək Mersisaydlıların gəlirlərini əhəmiyyətli dərəcədə azalda bilər, lakin klubun maliyyə vəziyyəti ötən yay transfer pəncərəsində xeyli xərclərə baxmayaraq sabit qalır.
“Liverpul” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 48 xalla altıncı yerdədir. Komanda Çempionlar Liqasında əsas mərhələsində üçüncü yeri tutub və 1/8 finalda “Qalatasaray”la qarşılaşacaq.
