“Liverpul” klubu yay mövsümöncəsi turu çərçivəsində Hollivud aktyoru Rayan Reynoldsa məxsus “Reksem” klubu ilə ABŞ-da oyun planlaşdırıb.
İdman.Biz bu barədə “The Athletic”ə istinadən məlumat verir.
Mersisaydlıların həmçinin ABŞ-da “Lids Yunayted” və “Sanderlend”ə qarşı oyunları da planlaşdırılıb. “Reksem”lə oyun “Nyu-York Yankis” beysbol komandasının ev stadionunda keçirilə bilər.
Martın 7-də “Reksem” İngiltərə Kubokunun 1/8 final mərhələsində “Çelsi” ilə qarşılaşacaq. “Reksem” hazırda 35 oyundan sonra 57 xalla Çempionşip cədvəlində altıncı yerdədir.
“Liverpul” 29 liqa oyunundan sonra 48 xalla Premyer Liqa cədvəlində beşinci yerdədir.
