“Tottenhem”in mərkəzi müdafiəçisi sıradan çıxıb

Xəbərlər
27 Dekabr 2023 22:53
145
“Tottenhem”in mərkəzi müdafiəçisi sıradan çıxıb

İngiltərənin "Tottenhem" klubunun futbolçusu Kristian Romero zədə səbəbindən 4-5 həftə meydandan kənarda qalacaq.

İdman.biz xəbər verir ki, buna səbəb mərkəzi müdafiəçisinin budundan aldığı zədə olub.

Klubun mətbuat xidməti 25 yaşlı argentinalının şənbə günü "Everton"la matçda (2:1) zədə aldığını bildirib.

Qeyd edək ki, Romero cari mövsümdə paytaxt klubunun heyətində 15 oyun keçirib və 3 qol vurub.

İdman.biz