Messi cərimə zərbəsindən vurduğu qollara görə Peleyə çatıb

2 Mart 2026 19:57
106
Messi cərimə zərbəsindən vurduğu qollara görə Peleyə çatıb

“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-də “Orlando Siti”yə qarşı (4:2) oyunda cərimə zərbəsindən qol vurub.

İdman.Biz bildirir ki, argentinalı karyerasında cərimə zərbələrindən 70-ci qolunu vuraraq, tarixdə ikinci yeri tutan Pele ilə eyni səviyyəyə çatıb.

Braziliyalı Juninyo Pernambukano cərimə zərbələrindən ən çox qol vuran oyunçudur - 77 qol.

“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu cərimə zərbələrindən 64 qol vurub.

İdman.Biz