İtaliya A Seriyası mövsümünün 24-cü turunun “Milan” və “Komo” komandaları arasında təxirə salınmış oyunu başa çatıb.
İdman.Biz bildirir ki, komandalar Milandakı “San Siro” stadionunda oynayıblar. Oyun 1:1 hesablı heç-heçə ilə bitib.
Hesabı Nikolas Pas açıb. “Komo”nun yarımmüdafiəçisi ilk hissənin 32-ci dəqiqəsində qol vurub. “Milan”ın hücumçusu Rafael Leão ikinci hissənin 64-cü dəqiqəsində bərabərlik qolunu vurub.
“Milan” hazırda 54 xala malikdir. 25 oyundan sonra komanda A Seriyasında lider “İnter”dən yeddi xal geridə qalaraq ikinci yerdədir. “Komo” 42 xalla altıncı yerdədir.
