“Real Madrid”in hücumçusu Kilian Mbappe “Benfika”nın yarımmüdafiəçisi Canluka Prestiannini “sarsaq irqçi” adlandırıb.
İdman.Biz xəbər verir ki, bu, Çempionlar Liqasında Madrid klubunun 1:0 hesablı qələbəsi ilə başa çatan oyun zamanı baş verib.

Oyun zamanı “Real Madrid”in cinah oyunçusu Vinisius hakim Fransua Leteksyeyə Prestianninin onu “meymun” adlandırdığını deyib. “Benfika”nın hücumçusu ağzını köynəyi ilə örtdüyü üçün sözlərini dodaqlarından oxumaq mümkün olmayıb.

Bunun ardınca Mbappe Prestianniyə müraciət edərək deyib: “Sən sarsaq irqçisən”.
