“Barselona”nın prezidenti Joan Laporta La Liqanın 24-cü turunda “Jirona” ilə oyunda (1:2) rəqib komandanın yarımmüdafiəçisi Klaudio Etçeverrinin “blauqrana”nın müdafiəçisi Jül Kundeyə qarşı mümkün qayda pozuntusuna münasibət bildirib.
İdman.Biz bildirir ki, oyunda “Jirona” həlledici qolu 86-cı dəqiqədə vurub.
“Kundenin ayağına vurulan zərbə tamamilə açıq-aşkar qayda pozuntusu idi.
Meydanda və meydandan kənarda liqanı qazanmağımızı istəməyən insanlar var. Amma əminəm ki, qalib gələcəyik. Hər bir böyük komandanın öz qüsurları var, amma bəzilərinin bizi alçaltmaq üçün onlardan istifadə etdiyi aydındır.
Bu, hər şeyə və hər kəsə qarşı çempionluq olacaq, amma soyunma otağında bir xəzinəmiz var - Deku tərəfindən ustalıqla qurulan və Flik tərəfindən idarə olunan bir komanda. Oyunçularımızın nə qədər istedadlı olduğunu və onların ruhunu bilirəm, çünki onlarla danışmışam. Oyunçular vəziyyəti dəyişdirmək üçün motivasiyalıdırlar”.
