“Nottingem Forest”: hakim qovulmalıdır

Xəbərlər
26 Dekabr 2023 00:39
190
“Nottingem Forest”: hakim qovulmalıdır

İngiltərə Premyer Liqasının 18-ci turunda hakim qalmaqalı yaşanıb.

İdman.biz xəbər verir ki, “Nottingem Forest” ədalət təmsilçisi Robert Consun hakimlikdən uzaqlaşdırılmasını tələb edib.

“Nottingem Forest” – “Bornmut” (2:3) qarşılaşmasının baş hakimi 23-cü dəqiqədə meydan sahblərini azlıqda qoyub. İngiltərə Peşəkar Hakimlər Şurasının sədri Hovard Uebb həmin anda qayda pozuntusu olmadığını və Consun səhv qərar verdiyini təsdiqləyib. Klub Uebbdən hakimlə VAR arasındakı danışığın videoyazısını tələb edib.

Qeyd edək ki, “Nottingem Forest” müdafiəçisi Villi Boli 23-cü dəqiqədə qaydalar çərçivəsində oynasa da, hakim səhv qərar verərək, onu meydandan qovub.

İdman.biz