“Brentford”un braziliyalı hücumçusu İqor Tyaqo “Bavariya”nın namizədlər siyahısına daxil edilib.
Jurnalist və insayder Ekrem Konurun sosial media hesabında verdiyi məlumata görə, 24 yaşlı hücumçu Münhen klubu tərəfindən Harri Keynin uzunmüddətli varisi kimi qəbul edilir.
İdman.Biz-in məlumatına görə, oyunçu ilə maraqlanan digər klublar arasında “Mançester Siti” və “Çelsi” də var. 13 fevralda İqor Tyaqo “Brentford”la yeni uzunmüddətli müqavilə imzalayıb.
O, bu mövsüm İngiltərə Premyer Liqasında 26 oyunda iştirak edib, 17 qol vurub və 1 məhsuldar ötürmə edib. O, həmçinin İngiltərə Liqa Kubokunda bir oyuna çıxıb və 1 qol vurub. Tyaqo 2024-cü ildən “Brentford”da oynayır. Transfermarkt-ın məlumatına görə, braziliyalı oyunçunun bazar dəyəri 35 milyon avrodur.
