“Napoli”nin yarımmüdafiəçisi Skott Maktominey İngiltərə Premyer Liqasına qayıtmağı düşünür.
İdman.Biz-in TUTTOmercatoWEB-ə istinadən məlumatına görə, oyunçuya əsas namizəd “Mançester Yunayted”dir.
Skott Premyer Liqaya tez bir zamanda keçid etməyi hədəfləyir və transfer 2026-cı ilin yayında mümkündür. Ona yaxın olanlar Maktomineyin “Napoli”də xoşbəxt olduğunu, lakin İngiltərəyə qayıtmağı arzuladığını iddia edirlər. Yarımmüdafiəçinin İtaliya klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Oyunçu “Napoli”yə 2024-cü ilin yayında “Mançester Yunayted”dən keçib. Bu mövsüm Maktominey klubun heyətində bütün yarışlarda 34 oyunda iştirak edib, 10 qol vurub və üç məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun transfer dəyəri 45 milyon avrodur.
