“Emosional çətinliklərlə üzləşirik” - Alisson “Liverpul”un mövsümü haqqında

14 Fevral 2026 08:17
291
“Emosional çətinliklərlə üzləşirik” - Alisson “Liverpul”un mövsümü haqqında

“Liverpul”un qapıçısı Alisson Bekker mersisaydlıların cari mövsümü haqqında danışıb.

İdman.Biz xəbər verir ki, Bekker komanda yoldaşları Dioqo Jotonun avtomobil qəzasında ölümündən sonra komandadakı psixoloji problemləri qeyd edbi.

“Bu mövsüm həqiqətən də çox uğursuz oldu. Düşünürəm ki, bunu başa düşürük, hiss edirik, bütün bu halların fərqindəyik. Komandanın keyfiyyətinə, “Liverpul”un böyüklüyünə görə. Lakin, dəyişikliklərlə əlaqəli bütün amilləri qeyd etsəydik, onları ayırd etmək çox çətin olardı. Çünki, baxsanız, keçən il Premyer Liqanı qazanan komanda və hazırkı start heyəti, xarakter baxımından da daxil olmaqla, tamamilə fərqli komandalardır.

Buna görə də, oyunçuların dəyişməsi səbəbindən vəzifə çox böyükdür. İnsan ağlının xaricində olan emosional çətinliklərlə üzləşirik. Heç bir insan bunun öhdəsindən gələ bilməz. Hər kəs bunun öhdəsindən öz yolu ilə gəlir. Komanda yoldaşımızı, dostumuzu itirdik və zədələrlə mübarizə aparırıq.

Problemlər nə olursa olsun, bu mövsüm onların əksəriyyəti ilə artıq qarşılaşmışıq. Amma bəhanələr gətirmirik. Əlimizdən gələni etməyə çalışırıq. Və başa düşürük ki, bütün bu problemlər üzündən mövsüm təhlükə altındadır”, - ESPN Alisondan sitat gətirir.

Jota 2020-ci ildən bəri komandada oynayırdı. O, 3 iyul 2025-ci ildə avtomobil qəzasında vəfat edib. Portuqaliyanın ikinci divizionunda “Penafiel”də oynayan kiçik qardaşı Andre də eyni qəzada vəfat edib.

“Liverpul” hazırda Premyer Liqanın turnir cədvəlində 42 xalla altıncı yerdədir. “Arsenal” isə 57 xalla liqaya liderlik edir.

İdman.Biz