“Real” və “Liverpul” oyunçu mübadiləsi edə bilərlər - TEAMtalk

8 Fevral 2026 01:31
82
“Real” və “Liverpul” oyunçu mübadiləsi edə bilərlər - TEAMtalk

“Liverpul” yarımmüdafiəçi Aleksis Makallisteri “Real Madrid”in yarımmüdafiəçisi Orelyen Tçuameni ilə əvəz etmək üçün İspaniya klubuna təklif edə bilər.

İdman.Biz bu barədə TEAMtalk-a istinadən xəbər verir.

“Real Madrid” Makallisteri izləyir və bu mövsüm qeyri-sabit oyunlarına baxmayaraq, onu yarımmüdafiəçilərinə dəstək kimi görür. Bu arada Tçuameni uzun müddətdir ki, “Liverpul”un hədəfindədir, lakin o, klubdan ayrılmaq istəmir. Məlumata görə, mübadilə başa çatarsa, “Liverpul” müəyyən məbləğdə ödəniş etməli olacaq.

Oyunçuların klubları ilə hazırkı əmək müqavilələri 30 iyun 2028-ci ilə qədərdir.

İdman.Biz