Rodriqo Çempionlar Liqasında “Benfika”ya qarşı hər iki oyunu buraxacaq

5 Fevral 2026 23:05
127
Rodriqo Çempionlar Liqasında “Benfika”ya qarşı hər iki oyunu buraxacaq

“Real Madrid”in cinah oyunçusu Rodriqo Qoes Çempionlar Liqasının 8-ci turunda “Benfika” üzərində 4:2 hesablı qələbə qazanılan oyunda hakimi təhqir etdiyinə görə Çempionlar Liqasının iki oyunundan kənarlaşdırılıb.

İdman.Biz bildirir ki, braziliyal oyunçu 90+7-ci dəqiqədə qırmızı vərəqə alıb. “The Athletic”in məlumatına görə, Rodriqo pley-off mərhələsinin Lissabon klubuna qarşı hər iki oyununu buraxacaq.

“Real Madrid” və “Benfika” arasında ilk oyun 17 fevralda keçiriləcək. Cavab oyunu isə 25 fevralda olacaq.

Rodriqo Çempionlar Liqasının cari mövsümündə beş oyunda meydana çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib.

İdman.Biz