“Udineze” A Seriyasının 23-cü turunda “Roma”nı məğlub edib

3 Fevral 2026 02:04
69
“Udineze” A Seriyasının 23-cü turunda “Roma”nı məğlub edib

İtaliya A Seriyasının 23-cü turunun “Udineze” və “Roma” arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, “Udineze” 1:0 hesabı ilə qalib gəlib. Oyun Udine şəhərindəki “Stadio Bluenergi” stadionunda baş tutub.

Oyunun yeganə qolunu 49-cu dəqiqədə Yurgen Ekkelenkamp vurub.

Bu oyundan sonra “Udineze” İtaliya yüksək divizionunda 32 xalla doqquzuncu, “Roma” isə 43 xalla beşinci yerdədir.

İdman.Biz