“Arsenal”ın yarımmüdafiəçisi Bukayo Saka isinmə hərəkətləri zamanı aldığı zədə səbəbindən İngiltərə Premyer Liqasının 24-cü turunun “Lids Yunayted”ə qarşı oyununu buraxıb.
İdman.Biz bildirir ki, onun yerinə Noni Madueke start heyətində yer alıb.
23 oyundan sonra “Lids Yunayted” 26 xalla İngiltərə Premyer Liqasının cədvəlində 16-cı yerdədir. “Arsenal” 50 xalla cədvələ başçılıq edir.
