“Fənərbağça” Braziliya “Korintians”ının oyunçusu Yuri Albertoya maraq göstərir.
Bu barədə İdman.Biz ESPN-ə istinadən məlumat verir.
Mənbəyə görə, Türkiyə klubu yeni hücumçu üçün vəsait toplamaq məqsədilə hücumçu Yusif En-Nesirini 25-30 milyon avroya satmaq istəyir. Vurğulanır ki, “Fənərbağça” hələlik Alberto üçün “Korintians”a rəsmi təklif göndərməyib.
Daha əvvəl jurnalist Yağız Sabunçoğlu “Zenit Sankt-Peterburq”un En-Nesiri üçün Türkiyə klubuna təklif göndərdiyini bildirmişdi.
28 yaşlı En-Nesiri mərkəz hücumçusu mövqeyində oynayır. O, 2024-cü ilin yayından bəri “Fənərbağça”dadır. Bu mövsüm Yusif klubda 25 oyun keçirib, səkkiz qol vurub və bir məhsuldar ötürmə edib.
