Konte Dieqo Kosta haqqında: “Axmaq adamlar var”

Xəbərlər
28 Yanvar 2026 01:31
97
Konte Dieqo Kosta haqqında: “Axmaq adamlar var”

“Çelsi”nin keçmiş baş məşqçisi Antonio Konte, italyan mütəxəssisi “əsəbi tip” adlandıran “göylər”in keçmiş hücumçusu Dieqo Kostanın sözlərinə cavab verib.

İdman.Biz xəbər verir ki, Konte 2016-cı ildən 2018-ci ilə qədər “Çelsi”yə rəhbərlik edib.

“O, həmişə əsəbidir, heç vaxt əsəbiləşməkdən əl çəkmir, onunla məşq etmək əyləncəli deyil... yəqin ki, heç bir cinsi həyatı yoxdur, çünki o, çox əsəbi biridir”, - Kosta demişdi.

“Düzünü desəm, qəzetlərin yazdıqlarını oxumağa enerji sərf edənlərdən deyiləm. Futbolda ağıllı və fərasətli insanların, axmaq insanların olduğunu çox yaxşı başa düşürəm, ona görə də nə ağıllı, nə də axmaq insanların məqalələrini oxumağa vaxt itirmirəm.

Dieqo Kosta bir mövsüm mənim rəhbərliyim altında oynayıb, ona görə də futbol haqqında danışa bilərəm. Birlikdə liqa qazandıq və o, bir mövsümdə üç dəfə getmək istədi. Bunu bilirəm. “Çelsi”dən sonra ona nə baş verdiyini bilmirəm”, “Football.London” Kontenin sözlərini sitat gətirir.

Kontenin rəhbərliyi altında London klubu İngiltərə Premyer Liqası titulunu və İngiltərə Kubokunu qazanıb. Kosta 2014-cü ildən 2018-ci ilə qədər “göylər”də oynayıb.

İdman.Biz