Səudiyyə Ərəbistanı Pro Liqasının 18-ci turunda “Əl-Nəsr” və “Əl-Taavun” arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir ki, komandalar “Əl-Əvvəl Park” stadionunda (Ər-Riyad) oynayıblar. Meydan sahibləri komanda 1:0 hesabı ilə qalib gəliblər.
Oyunun yeganə qolu 45-ci dəqiqədə “Əl-Taavun”un müdafiəçisi Məhəmməd Əl-Dossarinin avtoqolu olub.
Səudiyyə Ərəbistanı Pro Liqasında 17 oyundan sonra “Əl-Nəsr”in 40 xalı var və turnir cədvəlində üçüncü yerdədir. “Əl-Taavun” 35 xalla beşinci yerdədir.
