“Qalatasaray”ın hücumçusu Viktor Osimhen övladı dünyaya gəldikdən bir gün sonra meydana çıxaraq fərqlənib.
İdman.Biz Türkiyə mediasına istinadən xəbər verir ki, nigeriyalı futbolçu oktyabrın 29-da axşam həyat yoldaşının doğuşunda iştirak etmək üçün komandanın düşərgəsini tərk edib.
İstanbul təmsilçisinin baş məşqçisi Okan Buruk bildirib ki, Osimhen oktyabrın 30-da günorta məşqlərə qayıdıb.
Hücumçu Türkiyə Super Liqasının 10-cu turunda “Konyaspor”la görüşə start heyətində çıxıb. O, qarşılaşmanın 12-ci dəqiqəsində hesabı açıb.
