"Barselona"nın 18 yaşlı yarımmüdafiəçisi Pedro Fernandes yaxın saatlarda PSJ-nin oyunçusu olacaq.
İdman.Biz AS-a istinadən xəbər verir ki, transfer müqavilənin satınalma bəndində göstərilən 6 milyon avrodan çox məbləğə başa çatdırılacaq.
Yüksək transfer haqqı, oyunçunun gedişinə baxmayaraq, iki klub arasındakı yaxşı münasibətlərin bərpasını simvolizə etmək məqsədi daşıyır.
Əvvəllər akademiya məzununun 6 milyon avroluq satınalma bəndi ilə Kataloniya klubundan ayrılmaq qərarına gəldiyi bildirilirdi.
Pedro Fernandes “Barselona” akademiyasının bütün mərhələlərini keçib və 2025-ci ildə əsas komandaya qoşulub. O, bu mövsüm “blauqrana”da beş oyun keçirib və bir məhsuldar ötürmə edib.
