Rio-de-Janeyro şəhər meriyası “Kruzeyro”nun yarımmüdafiəçisi Jersona qarşı ödənilməmiş 54.000 Braziliya realı (8.650 avro) məbləğində vergi iddiası qaldırıb.
İdman.Biz ESPN-ə istinadən məlumatına görə, oyunçu bu məbləği ödəməsə, onun Braziliyadakı hesabları və əmlakı müsadirə oluna bilər.
Daha əvvəl mətbuatda “Flamenqo”nun da braziliyalıya qarşı iddia qaldırdığı və ondan 42,7 milyon realdan (6,5 milyon avro) çox məbləğdə məhkəməyə verməyi planlaşdırdığı bildirilirdi. Nəşr oyunçunun atası və agenti ilə əlaqə saxlamağa çalışsa da, buna nail ola bilməyib.
