“Jirona” rəsmi saytında qapıçı Mark-Andre ter Stegenin “Barselona”dan cari mövsümün sonuna qədər icarəyə götürüldüyünü açıqlayıb.
İdman.Biz bildirir ki, 33 yaşlı qapıçı bu mövsüm bir Kral Kuboku matçında meydana çıxıb. Onun “blauqrana” ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 7 milyon avrodur.
Ter Stegen 2014-cü ildən “Barselona”da oynayır. Alman qapıçı klubla Çempionlar Liqasını və altı La Liqa titulunu qazanıb.
