“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda “Budyo-Qlimt”ə qarşı oyunu şərh edib.
İdman.Biz bildirir ki, oyun 3:1 hesabı ilə norveçlilərin xeyrinə qurtarıb.
“Budyo-Qlimt”in nə qədər yaxşı olduğunu bilirəm və onları düzgün qiymətləndirirdim. Keçən mövsüm Avropa Liqasının yarımfinal oyunları hələ də yaddaşımızdadır. Əsas oyunçularımız zədələnib. Üstəlik, 11 nəfərə qarşı 10 nəfərlə oynadıq.
Növbəti “Vulverhempton” və “Qalatasaray”la oyunlarda dinamikanı dəyişdirməliyik. “Mançester Yunayted”ə qarşı ləng idik, amma bu gün yox. Savinyo, Jeremi (Doku), cinah müdafiəçilərimiz yoxdur. Həmçinin bizə daha çox sabitlik verə biləcək digər mövqelərdə oyunçularımız da yoxdur.
“Budyo-Qlimt” yaxşı təşkilatlanmışdı və biz çətinlik çəkdik. Rəqib həqiqətən yaxşı oynadı və biz onları təbrik edirik. Bir çox cəhətdən işlərin yaxşı getmədiyini hiss edirik və bunu dəyişdirməyə çalışmalıyıq”, - “City Xtra” Qvardiolanın X sosial media səhifəsindəki sözlərini sitat gətirib.
