Frenk Lempard Premyer Liqa klublarından birinin baş məşqçisi ola bilər

Xəbərlər
21 Yanvar 2026 01:19
38
Frenk Lempard Premyer Liqa klublarından birinin baş məşqçisi ola bilər

“Koventri Siti”nin baş məşqçisi Frank Lempard karyerasını “Kristal Palas”da davam etdirə bilər.

İdman.Biz bu barədə talkSPORT-a istinadən bildirir.

Mənbənin məlumatına görə, “Kristal Palas”ın rəhbəri Stiv Periş Lempardın böyük fanatıdır və həmişə onun peşəkar keyfiyyətlərini yüksək qiymətləndirib. Lempard cari mövsümün sonunda klubdan ayrılacaq Oliver Qlasnerin yerinə əsas namizəddir.

“Koventri Siti” hazırda inamla Çempionşip cədvəlinə başçılıq edir və mövsümün sonunda Premyer Liqaya yüksəlmək şansına malikdir. Buna görə də, Lempardın hazırkı klubundan ayrılmaq istəyib-istəməyəcəyi bəlli deyil.

İdman.Biz