“Beşiktaş”ın hücumçusu Temmi Abraham karyerasını “Aston Villa”da davam etdirə bilər.
İdman.Biz bu barədə “Sky Sports”a istinadən bildirir.
Mənbənin məlumatına görə, “şirlər”in nümayəndələri Türkiyə Superliqasının 18-ci turunda “Beşiktaş”ın “Kayserispor” üzərində 1:0 hesablı qələbə qazandığı oyunda iştirak ediblər və oyunçunun agenti ilə görüşüblər. Türkiyə komandasının rəhbərliyi ilə danışıqların aparıldığı da bildirilib. Transfer, Abrahamın hüquqlarının “Roma”ya məxsus olması və hazırda “Beşiktaş”da icarədə olması ilə çətinləşir.
“Aston Villa” üçün alternativ variant “Kristal Palas”ın oyunçusu Jan-Filip Matetadır, lakin Birminhem klubu daha sonra “Tottenhem Hotspur” və “Nyukasl Yunayted”lə rəqabət aparacaq. Mateta özü Çempionlar Liqasında mübarizə aparan bir komandada oynamaq istəyir.
Abraham əvvəllər “Milan”da oynayıb. O, həmçinin 2018-ci ildən 2019-cu ilə qədər “Aston Villa”da “Çelsi”dən icarə əsasında oynayıb.
