“Qarabağ”la oyunda “Ayntraxt”ı kimlər idarə edəcək? - VİDEO

Xəbərlər
19 Yanvar 2026 14:04
79
“Qarabağ”la oyunda “Ayntraxt”ı kimlər idarə edəcək? - VİDEO

UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda “Qarabağ”la qarşılaşacaq “Ayntraxt” Bakıya müvəqqəti məşqçilərlə gəlir.

İdman.Biz xəbər verir ki, baş məşqçisi Doni Toppmöllerlə yollarını ayıran "Ayntraxt" klubunu Bakıdakı oyunda Aleksandr Mayer və Dennis Şmidt idarə edəcək.

Frankfurt təmsilçisi yeni baş məşqçi təyinatına hələ ki tələsmir.

Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" qarşılaşması yanvarın 21-də Tofiq Bəhramov adına stadionda saat 21:45-də başlayacaq.

İdman.Biz
Məqalədə: