“Neftçi”nin sabiq futbolçusu Solomon Kvirkveliya karyerasını Qırğızıstanda davam etdirəcək.
İdman.Biz xəbər verir ki, gürcüstanlı müdafiəçi “Toktoqul”a keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı futbolçu ilə 1.5 illik müqavilə imzalanıb.
Son klubu ölkəsində “Torpedo” olan Solomon 2022-ci ilin martından 2023-cü ilin iyuluna kimi “Neftçi”nin formasını geyinib.
