Kilian Mbappe “Levante”yə qarşı oynamayacaq

Xəbərlər
16 Yanvar 2026 01:36
37
Kilian Mbappe “Levante”yə qarşı oynamayacaq

“Real Madrid”in hücumçusu Kilian Mbappe İspaniya çempionatının 20-ci turunda “Levante”yə qarşı oyunda oynamayacaq.

İdman.Biz xəbər verir ki, bu barədə “L'Equipe” qəzeti məlumat yayıb.

Fransız futbolçu daha əvvəl Kral Kubokunun 1/8 final mərhələsində “Albasete”yə qarşı oyunu buraxmışdı. “Los Blancos” İspaniyanın ikinci divizion klubuna 3:2 hesabı ilə məğlub olmuşdu.

Xatırladaq ki, Madrid klubu dekabrın 31-də Mbappenin sol diz bağının burxulduğunu açıqlayıb. Hücumçunun o vaxtdan bəri yeganə çıxışı İspaniya Superkubokunun finalında “Barselona”ya qarşı (2:3) olub və 76-cı dəqiqədə ehtiyat oyunçular skamyasından meydana çıxıb.

Mbappe bu mövsüm Madrid klubunda bütün yarışlarda 25 oyun keçirib, 29 qol vurub və dörd məhsuldar ötürmə edib.

“Real Madrid” – “Levante” matçı yanvarın 17-də Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

İdman.Biz