“Atletiko” Dieqo Simeonenin oğlu ilə müqavilənin müddətini uzadıb

Xəbərlər
15 Yanvar 2026 21:44
37
“Atletiko” Dieqo Simeonenin oğlu ilə müqavilənin müddətini uzadıb

“Atletiko Madrid” klubu Culiano Simeone ilə müqavilənin müddətini uzadıb.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı futbolçunun Madrid klubu ilə yeni müqaviləsi 2030-cu ilə qədərdir.

Culiano 2019-cu ildən bəri” Atletiko” sisteminin bir hissəsidir. O, “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin oğludur.

İdman.Biz