“Barselona”nın keçmiş direktoru: "Superliqa təşkil etmək istəyərək “Albasete”yə məğlub olmaq gülməlidir”

Xəbərlər
15 Yanvar 2026 21:29
49
“Barselona”nın keçmiş direktoru: "Superliqa təşkil etmək istəyərək “Albasete”yə məğlub olmaq gülməlidir”

“Barselona”nın keçmiş direktoru Toni Freyşa “Real Madrid”in Kral Kubokundan kənarlaşdırılması ilə bağlı şərh verib.

İdman.Biz xəbər verir ki, Alvaro Arbeloanın komandası turnirin 1/8 final mərhələsində “Albasete”yə 3:2 hesabı ilə məğlub olub.

"Superliqa təşkil etmək istəyərək “Albasete”yə məğlub olmaq gülməlidir”, - Freyşa yazıb.

İdman.Biz