“Albasete” azarkeşi Vinisiusa banan qabığı atıb - Məsələni polis araşdırır

Xəbərlər
15 Yanvar 2026 20:26
37
“Albasete” azarkeşi Vinisiusa banan qabığı atıb - Məsələni polis araşdırır

“Real Madrid”in braziliyalı futbolçusu Vinisius Junior Kral Kubokunun 1/8 final mərhələsində irqçi təhqirə məruz qalıb.

İdman.Biz “AS” qəzetinə istinadən bildirir ki, hadisə ötən gün “Albasete” - “Real” (3:2) oyunundan sonra baş verib.

Final fitindən sonra “Albasete” azarkeşlərindən biri Vinisiusa banan qabığı atıb. İnsident İspaniya Kral Futbol Federasiyasının əməkdaşı tərəfindən qeydə alınıb. Oyundan əvvəl də “Albasete” azarkeşləri Vinisiusa qarşı irqçi təhqirlər yağdırıblar.

“Albasete” klubu insidentlə bağlı araşdırmalara start verildiyini və hadisəni törədən azarkeşin müəyyənləşdirilməsi üçün iş aparıldığını bildirib.

İdman.Biz