“Arsenal” Liqa Kubokunun yarımfinalında “Çelsi”ni məğlub edib - VİDEO

Xəbərlər
15 Yanvar 2026 02:18
38
“Arsenal” Liqa Kubokunun yarımfinalında “Çelsi”ni məğlub edib

Londonun “Çelsi” və “Arsenal” komandaları arasında keçirilən İngiltərə Liqa Kubokunun yarımfinal oyunu başa çatıb.

İdman.Biz bildirir ki, komandalar İngiltərənin London şəhərindəki “Stemford Bridc” stadionunda oynayıblar.

Mikel Artetanın komandası 3:2 hesablı qələbə qazanıb.

Yeddinci dəqiqədə “Arsenal”ın müdafiəçisi Ben Uayt hesabı açıb. 49-cu dəqiqədə hücumçu Viktor Gyökereş komandasının üstünlüyünü ikiqat artırıb. 57-ci dəqiqədə “Çelsi”nin cinah oyunçusu Alehandro Qarnaço fərqi azaldıb. 71-ci dəqiqədə yarımmüdafiəçi Martin Subimendi “topçular”ın üçüncü qolunu vurub. Qarnaço 83-cü dəqiqədə ikinci qoluna imza atıb.

İngiltərə Liqa Kubokunun yarımfinalının ikinci oyunu 2 fevralda keçiriləcək. Finalda bu cütlüyün qalibi “Mançester Siti” – “Nyukasl” oyunundan daha güclü komanda ilə qarşılaşacaq. Kubokun qalibi 22 martda müəyyənləşəcək.

İdman.Biz