“CSKA Moskva”nın keçmiş futbolçusu Lionel Adams Moskva ətrafında hündürmərtəbəli binanın pəncərəsindən yıxılaraq ölüb.
İdman.Biz-in “Mash” teleqram kanalına istinadən verdiyi məlumata görə, 31 yaşlı oyunçu təcili yardım işçiləri gələnə qədər keçinib.
Adamsın faciə zamanı Yaltanın “Rubin” klubunun keçmiş futbolçusu Timur Maqomedovun evində qonaq olduğu bildirilir. Daha əvvəl bildirilmişdi ki, dekabr ayında idmançılar Moskva vilayətinin Zveniqorod şəhərində münaqişəyə cəlb olunublar. Bu münaqişə zamanı onlar döyülüblər. Adams münaqişə zamanı tapançadan açılan atəş nəticəsində yaralanıb.
Lionel Adams “CSKA Moskva”nın gənclər komandasında, “Yenisey Krasnoyarsk”, “KAMAZ” (Naberejnıe Çelnı), eləcə də Qazaxıstan, Belarus və İspaniya klublarında oynayıb. O, həmçinin Rusiyanın 18 yaşadək futbolçulardan ibarət milli komandasına da çağırılıb. O, son vaxtlar azad agent kimi fəaliyyət göstərirdi.
