“Barselona”nın idman direktoru Deku Xabi Alonsonun baş məşqçi vəzifəsindən kənarlaşdırılması ilə bağlı şərh verib.
İdman.Biz bildirir ki, Alonsonun gedişi Madrid klubunun İspaniya Superkubokunun finalında “Barselona”ya 3:2 hesabı ilə məğlub olmasından sonra baş verib.
“Bu, məni bir az təəccübləndirir, çünki o, bu vəzifədə qısa müddət çalışdı”, - Deku deyib.
İspaniyalı mütəxəssis 2025-ci ilin yayından bəri komandaya rəhbərlik edirdi. “Real Madrid”in digər keçmiş oyunçusu Alvaro Arbeloa “Real Madrid”in baş məşqçisi vəzifəsini icra etməyə başlayıb. “Real Madrid” İspaniya liqasında 19 oyundan 45 xalla ikinci yerdədir. Çempionlar Liqasında isə komanda 12 xalla yeddinci yerdə qərarlaşıb.
