“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib - VİDEO

Xəbərlər
13 Yanvar 2026 01:48
51
“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib

İngiltərə Kubokunda “Liverpul” və “Barnsli” arasında keçirilən üçüncü tur matçı başa çatıb.

İdman.Biz bildirir ki, komandalar “Enfild” stadionunda (Liverpul) oynayıblar. Meydan sahibləri 4:1 hesabı ilı qələbə qazanıblar.

“Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslai matçın ilk qolunu doqquzuncu dəqiqədə vurub. 36-cı dəqiqədə müdafiəçi Jeremi Frimponq ev sahibi komandanın üstünlüyünü ikiqat artırdı. Dörd dəqiqə sonra “Barnsli”nin yarımmüdafiəçisi Adam Filips fərqi azaldıb. 84-cü dəqiqədə Florian Virts “Liverpul”un üçüncü qolunu vurub, 90+4-cü dəqiqədə isə “Liverpul”un hücumçusu Uqo Ekitike matçın yekun hesabını müəyyən edib.

“Liverpul”un İngiltərə Kubokunun növbəti mərhələsindəki rəqibi püşkatma ilə müəyyənləşəcək.

İdman.Biz