Emre Belözoğlu döyülən hakimin iddialarını cavablandırıb: “Dəfələrlə üzr istədim”

Xəbərlər
20 Dekabr 2023 14:54
Emre Belözoğlu döyülən hakimin iddialarını cavablandırıb: “Dəfələrlə üzr istədim”

“Oyundan sonra Melere baş verənlərdən çox üzüldüyümü dedim və dəfələrlə üzr istədim”.

İdman.biz xəbər verir ki, “Ankaragücü”nün baş məşqçisi Emre Belözoğlu hakim Halil Umut Melerin onun barəsində səsləndirdiyi iddiaları cavablandırarkən deyib.

Türkiyə futbolunun tanınmış siması bildirib ki, hadisəni eşidən kimi paltardəyişmə otağına gəlib və baş verənlərdən kədərləndiyini deyib: “Klubum adından ondan 3-4 dəfə üzr istədim. Hakimin bu gün verdiyi açıqlamasına təəssüf edirəm. Səhvim varsa, üzr istəməkdən heç vaxt çəkinməmişəm”.

FİFA referisi yerli mətbuata deyib ki, klub prezidenti Faruk Koca ondan üzr istəsə də, Belözoğlu bu addımı atmayıb: "Məni üzən odur ki, yumruq atan şəxs yazılı şəkildə məndən və ailəmdən üzr istəsə də, Emre Belözoğlu bunu etmədi. Üzrlə bağlı hansısa sübutu varsa, qoysun ortaya”.

Qeyd edək ki, Halil Umut Meler Superliqanın 15-ci turunun 1:1 hesabı ilə bitən “Ankaragücü” – “Rizespor” matçdan sonra meydan sahiblərinin prezidenti Faruk Kocanın yumruq zərbəsinə məruz qalıb. Yerə yıxılan hakimə sonra da şiddət davam edib.

İdman.biz

Məqalədə: