PSJ Mbappe gedəndən bəri yeddinci titulunu qazanıb

Xəbərlər
9 Yanvar 2026 08:05
56
PSJ Mbappe gedəndən bəri yeddinci titulunu qazanıb

PSJ Fransa Superkubokunun finalında “Marsel”i məğlub edib.

İdman.Biz bildirir ki, Paris klubu bununla Kilian Mbappenin “Real Madrid”ə getməsindən sonra yeddinci titulunu qazanıb.

Fransız oyunçu o vaxtdan bəri iki kubok qazanıb.

Fransa millisinin hücumçusu olmadan PSJ Liqa 1, Fransa Kuboku və Fransa Superkubokunu, eləcə də Çempionlar Liqasını, UEFA Superkubokunu və Qitələrarası Kuboku qazanıb. Mbappe “Real Madrid”də oynayarkən UEFA Superkubokunu və Qitələrarası Kuboku əldə edib.

PSJ ardıcıl dördüncü il Fransa Superkubokunu qazanıb.

İdman.Biz