“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone İspaniya Superkubokunun yarımfinalında “Real Madrid”in cinah oyunçusu Vinisius Junioru iki dəfə təhrik etməyə çalışıb.
İdman.Biz bildirir ki, sözügedən yarımfinalda “Los Blancos” 2:1 hesabı ilə qalib gəlib.
Birinci dəfə Simeone braziliyalı oyunçunu fasilədən əvvəl təhrik edib. O, “Vini, Vini... Florentino Peres səni qovacaq, sözlərimi yadda saxla” deyib.

İkinci hadisə Vinisiusun əvəzlənməsindən sonra baş verib. “Real Madrid”in cinah oyunçusu 81-ci dəqiqədə Arda Güler ilə əvəzlənib. Braziliyalı futbolçu meydandan çıxarkən “Atletiko Madrid”in baş məşqçisi əvvəlcə tribunaya, sonra isə öz qulağına işarə etməyə başlayıb.
“Barselona” və “Real Madrid” 11 yanvarda keçiriləcək İspaniya Superkubokunun finalında qarşılaşacaqlar.
